Xəzər Xəbər

90 yaşlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

Maraqlı | 09:19 • 14 May 2020
90 yaşlı qadın “Ginnesin Rekordlar Kitabı”na düşdü -

"Ginnesin Rekordlar Kitabı”nın ekspertləri 90 yaşlı Yaponiya sakini Hamako Morinini dünyanın ən yaşlı kompüter oyunları həvəskarı kimi təsdiq edib.


Bu barədə "Ginnesin Rekordlar Kitabı”nın rəsmi saytı məlumat yayıb.


H.Morini 39 ildir müxtəlif kompüter oyunları oynayır. Ən yaşlı oyunçu bildirib ki, azyaşlıların əlində oyun pultları görəndən sonra onda kompüter oyunlarına maraq oyanıb.

Yaşlı qadının "YouTube”da "Gamer grandma” kanalı var. 187 min istifadəçinin abunə olduğu kanala hər gün minlərlə müsbət şərhyazılır.

90 yaşlı yaponiyalı gününün yeddi-səkkiz saatını kompüter oyunlarına sərf edir və bu məşğuliyyətini vaxt itkisi hesab etmir.

Xəbər lenti

Çox oxunanlar