ABŞ Prezidenti Donald Tramp məsafə saxladığı və heç kimə yaxınlaşmadığı üçün tibbi maska taxmadığını deyib.
D.Tramp jurnalistlərin bununla bağlı sualına cavab olaraq bildirib:
"Mənim vəziyyətim belədir ki, heç kimə yaxın deyiləm. Mən kimlərdənsə çox uzaqdayam”.
Amerika lideri eyni zamanda qeyd edib ki, Ağ Evin bütün işçiləri onunla və bir-biriləri ilə məsafə saxlayırlar.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibində koronavirus testi müsbət çıxdığı üçün vitse-prezidentin özünü təcrid etdiyi bildirilmişdi./Teleqraf.com