Koronavirusun müəyyən edilməsi üçün aparılan testlərin nəticələrinə bir neçə amil təsir edə bilər.
Bu barədə RBK-ya "Qemotest” laboratoriyasının infeksion xəstəliklərin diaqnostikası üzrə mütəxəssisi Dmitri Qordeyev danışıb.
Bu cür amillər sırasında D.Qordeyev prosedura hazırlıq qaydalarının pozulması və nümunələrin qeyri-düzgün götürülməsini qeyd edib. Onun sözlərinə görə, testin aparılması üçün yaxma boğazın arxa hissəsindən götürülməlidir. Əks halda, selikli qişada kifayət qədər hüceyrəni tutmaq mümkün olmayacaq.
Prosedura hazırlıq qaydalarının pozulmasına gəlincə,ekspert virusun tənəffüs yollarının selikli qişasına təsir etdiyini vurğulayıb. Bununla belə, epitellər tez-tez yenilənmə xüsusiyyətinə malikdir. Nəticədə, virus su, qida və ya tüpürcək vasitəsilə qida borusuna köçürülür.
Bununla əlaqədar olaraq, mütəxəssisanaliz verməzdən üç saata qədər qida və su qəbul etməməyi məsləhət görüb.