Xəzər Xəbər

Daha bir ölkədə koronavirus pandemiyası başa çatdı

Maraqlı | 17:11 • 12 May 2020
Daha bir ölkədə koronavirus pandemiyası başa çatdı

Şərqi Afrika ölkəsi Mavrikidə koronavirus pandemiyası başa çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, pandemiya ərzində 332 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 10 nəfəri dünyasını dəyişib. Qalanı isə sağalıb.

Son 15 gün ərzində yeni yoluxma qeydə alınmayıb. Xaricdən gətirilən vətəndaşlar isə hələ də karantində saxlanılır. Ölkədə 73 min 572 nəfər testdən keçirilib.

Qeyd edək ki, Mavrikidə 1,2 milyon insan yaşayır. Ölkə qitədə inkişaf etmiş səhiyyə sistemi ilə tanınır.

Xatırladaq ki, daha əvvəl Yeni Zelandiya hökuməti ölkədə pandemiyanın başa çatdığını açıqlamışdı./publika.az

Xəbər lenti

Çox oxunanlar