Hindistan Milli Virusologiya İnstitutu SARS-CoV-2 koronavirus infeksiyasına cavab olaraq bədənin hasil etdiyi antikorları aşkar etmək üçün immunoferment testi hazırlayıb.
"RİA Novosti” bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.
Qeyd edilir ki, test qan nümunələrində mövcud olan immunoqlobulinləri aşkar edəcək:
"Bu dəst Mumbaydakı ikiərazidə sınaqdan keçirilib, yüksək həssaslıq və dəqiqliyə malikdir. Bundan əlavə, eyni anda 90 nümunəni 2,5 saat ərzində sınaqdan keçirmək üstünlüyü var, bu da tibb işçilərinə xəstələri müəyyən etmək üçün zəruri addımları tez atmağa imkan verəcək”./oxu.az