Uhan Virusologiya İnstitutunun əməkdaşları ən təhlükəli mikroorqanizmlərin öyrənildiyi laboratoriyanın əsas xüsusiyyətinin ən yüksək dərəcədə bioloji təhlükəsizlik olduğunu bildiriblər.
Bu barədə "South China Morning Post” qəzeti məlumat yayıb.
"Heç bir virusun laboratoriyamızı tərk edə bilməməsi üçün bir sıra tədbirlər görmüşük”, - deyə, Uhan Dövlət Biomühafizə Laboratoriyasının direktoru Yuan Cjimin bildirib.
Onun sözlərinə görə, laboratoriyada tullantıların və yoluxucu materialların təmizlənməsi üçün ciddi qaydalar mövcuddur. Bütün laboratoriya əməkdaşları illik fiziki və əqli sağlamlıq qiymətləndirmələrindən keçməlidir. Söhbət ələlxüsus qan təzyiqi və temperaturdan gedir.
Bununla yanaşı, heyət laboratoriyaya hər bir giriş və çıxışı monitorinq mərkəzinə məlumat verməlidir.
Laboratoriyada mənfi təzyiq texnologiyasından istifadə edilir. Buna görə də, binanın içərisində dövr edən hava xaricə çıxmır.
Digər çirklənmiş tullantılar yüksək temperaturda və yüksək təzyiq maşınlarında emal edilir və sonra tibbi tullantıların emalı lisenziyasına malik şirkətlər tərəfindən atılır.
Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp koronavirusun səriştəsizlik səbəbindən Çin laboratoriyasının hüdudlarından kənara çıxdığını bildirmişdi.
Aprelin ortalarında "Fox News” koronavirus xəstəliyinə yoluxan ilk xəstənin Uhan Viroloji İnstitutunda bir laboratoriya işçisi olduğunu açıqlayıb.
Uhan laboratoriyasının inşası 2003-cü ildə mediada atipik pnevmoniya olaraq xatırlanan, şiddətli kəskin tənəffüs sindromundan (SARS) sonra başlayıb./oxu.az