Xəzər Xəbər

İkinci dalğa PANİKASI: yoluxmanın dayandığı ölkədə yenidən başlandı

Maraqlı | 15:39 • 12 May 2020
İkinci dalğa PANİKASI:

Koronavirus pandemiyasına qarşı bir çox ölkədə sosial məsafə və karantin tədbirləri yumşaldılarkən Asiyada ikinci dalğa narahatlığı yaşanır.

Pandemiyanın böyük ölçüdə nəzarətə götürüldüyü Cənubi Koreyanın paytaxtı Seulda yeni yoluxmalar qeydə alınıb.

CNN-nin məsələ ilə bağlı analizində virusa qarşı qabaqlayıcı tədbirlərin vaxtından əvvəl ləğv edilməsinə diqqət çəkilib. Bildirilib ki, ərazi baxımından nisbətən kiçik və nəzarətə götürülməsi asan olan Cənubi Koreyada pandemiya ilə mübarizə siyasəti bütün dünyaya örnək göstərilmişdi. Amma ölkədə yoluxmanın dayanıb daha sonra yenidən başlaması ikinci dalğa təşvişinə səbəb olub.

Son rəqəmlərə görə, Cənubi Koreyada 10 min 936 yeni yoluxma, 258 ölüm faktı qeydə alınıb. Son sutka ərzində 27 nəfərə koronavirus diaqnozu qoyulub./publika.az

Xəbər lenti

Çox oxunanlar