Xəzər Xəbər

Görkəmli alim koronavirusa qalib gələn xəstələr haqqında maraqlı faktı açıqladı

Maraqlı | 15:30 • 12 May 2020
Görkəmli alim koronavirusa qalib gələn xəstələr haqqında maraqlı faktı açıqladı

Amerika Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova koronavirusa yoluxanların yalnız yeddi və ya səkkiz faizinin infeksiyaya qarşı sabit immunitet inkişaf etdirdiyini söyləyib.

Rusiya mətbuatı xəbər verir ki, professor güclü immunitetin yalnız ciddi xəstəlik keçirmiş şəxslərdə inkişaf etdiyini qeyd edib.

"Bizdə hərarət və öskürəyi olan insanlar var, lakin onların koronavirusa qarşı antikorları yoxdur, antikor qazanmış xəstələr təxminən yeddi, səkkiz faizdir. Onlar virusa cavab olaraq tez bir zamanda orqanizmdə əmələ gələn interferonların köməyi ilə infeksiyadan qurtulur. Bu vəziyyətdə interferonlar özləri mübarizə aparır və antikorların meydana gəlməsinə ehtiyac qalmır, çünki bu xəstələrin COVID-19-a qarşı immuniteti var. Bizdə güclü immunitet reaksiyasına sahib olan insanlar var ki, onların plazması yoluxmuş şəxsləri müalicə etmək üçün istifadə edilə bilər. Koronavirusa qalib gələnlərin əksəriyyətində güclü immunitet var, lakin ən azı 40 faizi olduqca zəifdir”, - deyə mütəxəssis bildirib./publika.az

Xəbər lenti

Çox oxunanlar