Xəzər Xəbər

Koronavirus DƏHŞƏTİ: 15 mindən çox tibb işçisi...

Maraqlı | 15:01 • 12 May 2020
Koronavirus DƏHŞƏTİ:

Meksikada 111 səhiyyə işçisi koronavirus infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Hüqo Lopez-Qatell açıqlama yayıb.

O bildirib ki, ölənlərdən 66 nəfəri həkim, 16-sı yardım heyəti üzvü, qalan 29 nəfəri isə diş həkimi və laboratoriyanın texniki üzvləridir. Bundan başqa, ölkə miqyasında 8 min 544 tibb işçisinə COVID-19 diaqnozu qoyulub. 6 min 747 nəfərin isə test nəticələri gözlənilir.

Meksikada bir başqa skandal xəbər isə tibbi ləvazimatlarla bağlı yayılıb. Aptek Sahibləri Təşkilatından verilən açıqlamada istifadə olunmuş maskaların zibillikdən yığılaraq yenidən satıldığı, səyyar satıcıların isə dezinfeksiya maddələrini yenidən müəyyən maddələrlə doldurub xalqa satdığı iddia edilib.

Son rəqəmlərə görə, Meksikada 36 min 327 nəfər koronavirusa yoluxub, 3 min 573 nəfər ölüb./publika.az

Xəbər lenti

Çox oxunanlar