Xəzər Xəbər

Türkiyədə məktəblər nə zaman açılacaq?

Maraqlı | 14:44 • 11 May 2020
Türkiyədə məktəblər nə zaman açılacaq?

"Bəzi regionlarımızda yoluxma demək olar ki, yoxdur, bəzilərində isə lap çoxdur. Əgər regionlara görə məktəblərin açılmasına ehtiyac olacaqsa, buna hazırıq"

Bunu Türkiyənin təhsil naziri Ziya Səlcuq deyib.

"Dünya miqyasında məktəblərin açılması ilə bağlı hesabatları izləyirik. Hər şeyi analiz edirik. Bizim üçün 1 iyun hədəfdir. Həyatın normallaşmasını istəyirik. Olmasa, dərslərin açılması sentyabra qalacaq", - deyə o, əlavə edib./publika.az

Xəbər lenti