Rusiya prezidenti Vladimir Putin onu ən çox kövrəldən II Dünya Müharibəsi məzmunlu rəsm tablosunu açıqlayıb.
"Rossiya 1” telekanalında yayımlanan "Moskva. Kreml. Putin” proqramında 2019-cu ildə çəkilmiş reportajdan bir frqament göstərilib.
Fraqmentdə Rusiya prezidenti Taras Qaponenkonun "Kölə sahibləri” adlı tablosundan çox təsirləndiyini dilə gətirib. Putin tabloda nasist əsgərlər tərəfindən öldürülən rus qadının təsvir edildiyindən danışıb: "Qadının üzərində kiçik bir uşaq, hələ körpə olan uşaq var. Bu səhnə insanı göz yaşlarına boğur”.
Putin fikirlərinə "II Dünya Müharibəsində Nasist Almaniyasına qarşı zəfər əldə olunmasaydı, SSRİ-də yaşayan rus və digər bütün xalqlar yox olardı” sözlərini əlavə edib./publika.az