Hindistanda son 24 saat ərzində yeni tip koronavirusa yoluxma sayı rekord həddə çatıb.
Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyison sutka ərzində 4 min 213 nəfər infeksiyaya yoluxduğunu açıqlayıb.
Bu, virusun ölkədə aşkarlandığı 30 yanvardan bəri qeydə alınan ən yüksək rəqəmdir.
Ölkədə, ümumilikdə, 67 min 152 koronavirusa yoluxma, 2 min 206 ölüm qeydə alınıb. 20 min 969 nəfər müalicə alaraq sağalıb./Publika.az