Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ay yoxsul ölkələrdəki insanlara koronavirus əlamətlərini qiymətləndirməyə imkan verən yeni proqram tətbiq edəcək.
Bu barədə "Reuters” informasiya agentliyi məlumat yayıb.
Əhali yeni tətbiqin sayəsində simptomlarla bağlı suallarına cavablar və onlarda koronavirusun olub-olması barədə tövsiyələr ala biləcəklər.
Təşkilat nümayəndələri Bluetooth əsasında yoluxmuş olanlarla izləmə funksiyasının əlavə edilməsi imkanlarını nəzərdən keçirdiklərini söyləyib.
Hər hansı bir ölkənin hökuməti ÜST proqramını əsas götürə, lazımi funksiyaları əlavə edə və öz tətbiqini dərc edə biləcək. Hindistan, Avstraliya və İngiltərə artıq epidemiya ilə mübarizədə kömək edən rəsmi tətbiqlərinə başlayıb.