Xəzər Xəbər

Pandemiya dövründə səfər etmək üçün MARAQLI TƏKLİF

Maraqlı | 17:39 • 9 May 2020
Pandemiya dövründə səfər etmək üçün

Yunanıstan koronavirusun öhdəsindənuğurla gələn ölkələr arasında səyahətə imkan verəcək "təhlükəsiz dəhliz”in yaradılmasını təklif edib.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis əmindir ki, belə bir tədbir sərhəd məhdudiyyətləri aradan qaldırıldıqdan sonra turizmi sürətlə canlandırmağa və istirahət mərkəzlərinin yayda açılmasına imkan verəcək.

K.Mitsotakis bu təklifi virusu məğlub edən və ya demək olar ki, nəzarətə alan yeddi ölkənin - Avstriya, Danimarka, Norveç, İsrail, Sinqapur, Çexiya və Avstraliyanın hökumət başçıları ilə videokonfrans zamanı irəli sürüb.

"Təhlükəsiz dəhliz” turistlərin özləri və getdikləri ölkələrin sakinləri üçün təhlükə yaratmadan səyahət etmələrinə imkan verir.

Xəbər lenti

Çox oxunanlar