Xəzər Xəbər

Dünya şöhrətli dəb markası koronavirusa görə fəaliyyətini dayandırır

Maraqlı | 12:32 • 9 May 2020
Dünya şöhrətli dəb markası koronavirusa görə fəaliyyətini dayandırır

Dünya şöhrətli 28 yaşlı dizayner və modelyer Simon Port Jakmyus şəxsi markasının gələcəyi ilə bağlı gözlənilməz qərar qəbul edib.

Dünyanı cənginə alan koronavirus pandemiyası səbəbi ilə təcridetmə dövründə Simon "Global Conversations” konfransı zamanı markasınıbağlamaq qərarına gəldiyini açıqlayıb.

Şöhrəti dünyanın dörd bir tərəfinə yayılan dizayner məsələ ilə bağlı fikirlərini belə izah edib:

"Pandemiya, karantin və bununla bərabər yaranmış böhran gözlənilmədən başladı və həyatımızı o qədər dəyişdi ki, hər dizayner nə etmək istədiyini düşünmək qərarına gəldi. Yalnız qazancdan başlamağa öyrəşməmişəm. Çünki dəb sənayesində çalışdığım illər ərzində bunun həyatda əsas şey olmadığını başa düşdüm. Yalnız bir dizayner və ya sənətkar olmaq lazım deyil. Dünya imkanlarla zəngindir. İndi onlardan istifadə etməyin əsl zamanıdır”./oxu.az

Xəbər lenti

Çox oxunanlar