İspaniyanın Kataloniya bölgəsində pişiyin COVID-19 infeksiyasına yoluxduğu aşkar edilib.
Bu barədə "El Pais” nəşri xəbər yayıb.
Məlum olub ki, dörd yaşlı pişiyin olduğu evdə ailənin bir çox üzvü koronavirusa yoluxub.
Pişiyin nəfəs almaqda çətinlik çəkdiyini görən sahibləri onu baytarlıq klinikasına gətiriblər. Bundan əlavə, heyvanda yüksək hərarət də müşahidə olunub.
Mütəxəssislərin apardıqları tədqiqat nəticəsində pişikdə SARS-CoV-2 virusunun izləritapılıb.
Mütəxəssislər qeyd edirlər ki, pişiyin insanları virusa yoluxdurması ehtimalıçox azdır./oxu.az