Xəzər Xəbər

Yağış yağanda tibbi maskalardan istifadə olunmalıdırmı?

Maraqlı | 11:52 • 9 May 2020
Yağış yağanda tibbi maskalardan istifadə olunmalıdırmı?

Rusiyada xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssisVladislav Jemçuqov yağış zamanı maska ​​taxmağın özünəməxsus xüsusiyyətlərini izah edib.

O, bununla bağlı "Sputnik Radio”ya müsahibə verib.

Jemçuqov evdən çıxarkən özünüzə ehtiyat maska ​​götürməyi məsləhət bilir:

"Əgər maska ​​islanırsa və ya çox istifadə edilibsə, başqasını taxmaq daha yaxşıdır. Öz viruslarınızla nəfəs almaq və yoluxmaq mənasızdır”.

Oqeyd edibki, çöldə yağış yağanda maskanı tamamilə çıxara bilərsiniz.

Eyni zamanda, mütəxəssis nəm, birdəfəlik maskaları ​​qurutmamağı tövsiyə edir. Onun sözlərinə görə, belə maskaları tullamaq daha yaxşıdır. Evdə tibbi tənzifdən hazırlanmış, bir neçə dəfə qatlanmış maska yuyulmamalı, əksinə, buxarla ütülənməlidir./oxu.az

Xəbər lenti

Çox oxunanlar