Xəzər Xəbər

Şalğam suyu xərçəngdən qoruyur – Türklərin qədim içkisinin 5 faydası

Maraqlı | 15:22 • 24 Oktyabr 2019
Şalğam suyu xərçəngdən qoruyur
Diyetoloq və qidalanma mütəxəssisi Ender Saraç, şalğam suyunun həm xərçəngdən qoruduğunu, həm də ürək-damar sağlamlığı üçün faydalı olduğunu söyləyib.



XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, Dr. Saraç şalğam suyunun özündə ehtiva edən A, B və C vitaminlərinin dəri üçün çox faydalı bir xüsusiyyətə sahib olduğunu da bildirib. Eynən qatıq, boza, kombu çayı və şorba kimi, şalğam suyu da bağırsaqlarımızdakı zərərli bakteriyaları məhv edir və bunun əvəzinə probiotik təsir göstərir. Bundan əlavə, şalğam suyu qan əmələ gətirən təsirə malikdir.



Qışda hər gün şalğam suyuna bol limon sıxılaraq bir stəkan içmək tövsiyə edilib. Doktor həmçinin, şalğam suyunun heç də qan təzyiqini qaldırmadığını və uzun müddətli istifadədə ürək-damar sağlamlığı üçün çox güclü bir antioksidant ehtiva edir.



Saraç, bunları da əlavə edib: "Hər ikisi xərçəngdən qoruyur və ürək-damar sağlamlığı çox faydalıdır. Bu təsirlərə əlavə olaraq, şalğam suyunun tərkibində asit turşusu da var, bu da həzmini asanlaşdırır. Şalğam suyu göz üçün çox faydalıdır.


Xəbər lenti