Qadınların ən böyük problemlərindən biri də saçlarının tez yağlanmasıdır.
XəzərXəbər Axşam.az-a istinadla xəbər verir ki, bəzi qaydalara riayət etmək üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
Duş alarkən suyun isti olmamasına diqqət yetirin. İlıq suyla duş almağa çalışın. Çünki, isti su saç dərisini qurudur, buna qarşılıq bədən daha çox yağ istehsalı etdiyi üçün saçlarınız daha tez yağlanır.
Saç tipinizə uyğun şampun seçin.Tez yağlanan saç dərisinə kremli şampun istifadə etsəniz, bu saçlarınızın daha tez yağlanmasına gətirib çıxardac.
Saçlarınızı tez-tez daramayın və gün içində saçlarınızla oynamayın. Bu hərəkətlər saçların tez yağlanmasına gətirib çıxarır.
Saça qulluq kremi istifadə edərkən, saçlarınızın dibinə təmas etməməsinə diqqət edin. Yalnız saç uclarına tətbiq edin.
Həftədə bir gün sirkəli suyla saçlarınızı durulayın və fendən istifadə etmədən qurumağa buraxın.