Egey dənizində, Türkiyənin İzmir vilayəti sahillərində balıqçılar akula tutub.
Trend-in məlumatına görə, akulanın ölçüləri sakinləri şoka salıb. Onun uzunluğunun 3 metrə çatdığı deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Muğla vilayətində iki 3 metrlik akula tutulmuşdu. Çanaqqalada isə tutulan akulanın ölçüsü 5 metr idi.