"Football Manager" karyerasında Serbiyanın "Bezanija" klubunu Çempionlar Liqasının yarımfinalına yüksəldən və bu uğurunu klubla paylaşan Andrey Pavloviç klubdan iş təklifi alıb.
XəzərXəbər goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı Andrey oyunda I Liqa təmsilçisi ilə "Mançester Siti", "Tottenhem", "Bavariya" kimi klublara qalib gəlib. O açıqlamasında klubdan ona iş təklif ediləcəyini gözləmədiyini bildirib:
"Football Manager"dəki uğurlarımı onlara bildirdim və komandaya köməyim dəyə biləcək mövzular olduğunu qeyd etdim. Mənə zəng edəcəklərini düşünmürdüm. Klub direktoru ilə danışarkən məndən şənbə günü gəlib-gəlməyəcəyimi soruşdu. Şok oldum".