Xəzər Xəbər

Benksinin “meymunlar parlamenti” rekord qiymətə satıldı

Maraqlı | 16:58 • 4 Oktyabr 2019
Benksinin “meymunlar parlamenti” rekord qiymətə satıldı

Məşhur britaniyalı rəssam Benksinin ölkəsinin parlamentini əks etdirən satiralı rəsmi 12 milyon dollara satıldı.

TASS xəbər verir ki, cəmi 13 dəqiqə davam edən hərracda şəklə dəyərindən 5 dəfə artıq qiymət verilib.

Strit-art nümayəndəsinin sənət əsərində Britaniya parlamentinin iclası əks olunub. Lakin burada insan deputatlar əvəzinə meymunlar təsvir edilib.

Qrafiti sənətkarı Benksi yaradıcılığında "Brexit” kompaniyasını şübhə altına qoyur.

Xəbər lenti