Xəzər Xəbər

Bu ay iki ulduz axını olacaq

Maraqlı | 14:19 • 4 Oktyabr 2019
Bu ay iki ulduz axını olacaq

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq.

Göydə təxminən saatda on ulduz axını görünəcək.

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq.

Xəbər lenti