Mütəxəssislərin araşdırmasına görə, acgözlük virus kimi keçici imiş.
Belə ki, biri sizin yanınızda yemək yeyərkən siz də qeyri-iradi yeməkistəyirsiniz.
Buna görə də dostları çox olanların çəkisi də çox olur.
Mütəxəssislər hətta artıq çəkinin, piylənmənin "sosial epidemiya” ola biləcəyini də deyirlər.
Tədqiqatçılar ABŞ-da yaşayış yerlərini özləri seçməyən yüzlərlə hərbçi ailəsinin həyatını araşdırıb. Nəticələr göstərib ki, bu ailələr əhali arasında piylənməninyüksək olduğu yerə köçürsə, onların da kökəlmə riski 6% artır.
"Acgözlük virus”u tez-tez yemək yeyən hər kəsdən yoluxula biləcək "xəstəlik”dir.
Amma bunu unutmayın ki, yaxşı bir kafedə xoş söhbət sizin sağlamlığınıza və çəkinizə təsir edəcək.
Nə yediyinizə və kiminlə yediyinizə diqqət edin./oxu.az