Artıq çəki problemləri yaşayan qadınların pəhrizdə favoriti olan yulaf əzməsini zəifləmək üçün yeməsinin bir neçə incə məqamı var.
XəzərXəbər xəbər verir ki, bədəninizi sağlam yollarla və ləzzətə həsrət qalmadan qorumaq istəyirsinizsə, 1 həftədə 4-5 kq çəki itirən yulaf əzməsi pəhrizinə üstünlük verin.
Tərkibində bol miqdarda lif olan yulaf qan şəkərini balanslaşdırır, aclıq hissini azaldır və uzunmüddətli toxluq hiss verir. Tərkibində oqranizmin gündəlik ehtiyacı olan mineral, vitamin və protein var. Dünya miqyasında ən faydalı taxıl bitkisi hesab olunan yulafın tərkibində qluten olmadığı üçün itirdiyiniz çəkinin geri qayıtması ehtimalı da olduqca azdır.
Yulaf əzməsi pəhrizinin ən incə məqamlarından biri gün ərzində bol maye qəbul edilməsidir. Əgər gün ərzində 12-14 fincan su içilməzsə, bu zaman qəbzlik yarana bilər. Uzun müddət tox saxlamasına görə üstünlük verilən bu pəhrizin ən uyğun zamanı səhər yeməyidir. Doğru saatlarda, doğru miqdarda qəbul edilən yulaf əzməsi ayda 3-4 kq çəki itirmənizə yardımçı olacaq.
1 yemək qaşığı yulaf əzməsi (10 qram): 37 kalori
1 dolu yemək qaşığı (15 qram) yulaf əzməsi: 56 kalori
1 fincan (60 qram): 222 kalori
1 orta bor kasa (100 qram): 370 kalori
1 çay qaşığı (5 qram): 11 kalori
1 su fincanı (200 ml): 259 kalori
100 qram yulaf əzməsi: 370 kalori
Faydaları:
Bel ətrafında toplanan yağları əridir. Aclıq hissinə qalib gəlir, liflər bağırsaqları fəallaşdırdığı üçün maye ilə birlikdə yeyiləndə qəbzliklə mübarizə aparır. Regional yağlanmanı aradan qaldırır. İdman edərkən qüvvə verir.
Ən uyğun yulaf əzməsi resepti:
2 yemək qaşığı yulaf
4 yemək qaşığı qatıq
4-5 çiyələk və ya 1 orta boy alma
Darçın
İstəyə görə badam və ya fıstıq
Məhsulları bir qaba töküb qarışdırın, üzərinə darçın əlavə edin. İstəyə görə bal da əlavə edə bilərsiniz. Səhər yeməyində isə süd ilə qarışdırıb yemək məsləhətdir.
publika.az