Xəzər Xəbər

Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir – ALİMLƏR

Maraqlı | 17:07 • 28 Sentyabr 2019
Cəmi 3 gün fast-food yemək

6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir.

Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb.
Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb.

Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar.

Eksperiment 6 həftə davam edib.

Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib.

1-ci qrupa daxil siçanlar olduqları yerdə oriyentasiyanı çətin tapırdılar, şəkər və yağlı qidaların qəbulu davam etdikcə vəziyyətləri lap pisləşirdi.

Zərərli qidalar və fast-foodla qidalanmanın ilk zərərli təsiri artıq 3 gün qidalanmadan sonra özünü göstərməyə başlamışdı. Kifayət qədər az müddətdir. Davam etdikcə və vaxt getdikcə daha da pis olur.

Alimlər qeyd edir ki, yeniyetmə və gənclərin fast-foodla qidalanması onlarda axtarış, predmetləri yadda saxlamaq qabiliyyətini aşağı salır.

Xəbər lenti

Çox oxunanlar