Xəzər Xəbər

Bu bitki hallüsinasiya yaradır DİQQƏTLİ OLUN

Maraqlı | 11:15 • 28 Sentyabr 2019
Bu bitki hallüsinasiya yaradır

Daha çox Hind mətbəxində istifadə edilən cövüz faydalı olsa da, həddən artıq istifadəsi hallüsinasiyaya yol açır.

İndoneziya meşələrində yetişən cövüz kəskin dada malikdir. Onu həm bərk, həm də toz halında almaq mümkündür. Araşdırmalar göstərir ki, böyük miqdarda istifadə edilərsə afrodizyak təsiri olan bu ədviyyat təhlükəli ola bilər. Ən yaxşı halda hallüsinasiya, ən ağır halda isə zəhərlənməyə yol açar.

Yeməklərə xüsusi ləzzət verən bu ədviyyat ağrıkəsici özəlliyə sahibdir. Lif tərkibi sayəsində həzm sistemini güncləndirir. Yorğunluq və stress vəziyyətində cövüz zehni açır.

Toksinlərin böyrəklərdən atılmasına yardım edən cövüz böyrək daşı yaranmasının da qarşısını alır. Eyni zamanda qaraciyərin təmizlənməsində də təsirlidir.

Antibakterial xüsusiyyəti sayəsində cövüz diş əti və ağız yaralarına müalicəvi təsir göstərir.

Ağız qoxusu müalicəsində də təsirli olan cövüz bir çox diş məcunlarına da qatılır.

İçərisində olan fermentlər yaddaşı möhkəmləndirir./publika.az

Xəbər lenti