Xəzər Xəbər

2018-ci ilin ən yaxşı AVTOMOBİLLƏRİ - SİYAHI

Maraqlı | 16:13 • 14 Yanvar 2019
2018-ci ilin ən yaxşı

"CarsWeek.ru” saytının ekspertləri ötən ilin 5 ən yaxşı avtomobilini seçiblər.

Yeddinci nəsil "Toyota Camry” ən etibarlı avtomobil adlandırılıb.

Ən təhlükəsiz avtomobil "Volvo XC90” krossoveri hesab edilib. Avtomobil fövqəladə hallarda devrilmək ehtimalını azaldan "ağıllı” asma ilə təchiz edilib.

Minibar, massaj, isitmə və havalandırma sisteminə malik yeni nəsil "Mercedes Maybach S600” ən rahat avtomobil sayılıb.

Saatda 420 kilometr məsafə qət edən "Bugatti Chiron” ən sürətli maşın elan edilib.

Ötən ilin ən yaxşı elektrik avtomobili isə "Tesla Model S” adlandırılıb./Azərtac

Xəbər lenti