Biz bütün uşaqları xoşbəxt görmək istəyir və onlara yalnız hər şeyin ən yaxşısını diləyirik. Amma bəzən konsepsiyaları qarışdırmağa və başqalarının həyatına öz prioritetlərimizi əlavə etməyə başlayırıq.
Banal səslənsə də, valideynlərin və ya tərbiyəçilərin başlıca vəzifəsi odur ki, uşaqlara öyrənməyi təlqin etsin. İlk növbədə lazım olan məlumatları axtarmağı və həqiqəti yalandan ayırmağı öyrətməkdən başlamalısınız. Ən az itkilərlə maneələrin qarşısını almağı öyrədin.
Uşaqların yetkin və müstəqil olmasına necə kömək etmək olar?
XəzərXəbər publika.az-a istinadən xəbər verir ki,uşaqlara sərbəstlik verən anaların övladları daha istedadlı olur, nəinki hər işi onun əvəzinə yerinə yetirən və ona hər şeyin ən yaxşısını verməyə çalışan anaların uşaqları.
Öyrədin və onların yerinə hər şeyi siz etməməyin: qərarları hazır formada verməyin; ərköyünləşdirməyin, sevin. Uşaqların yerinə bir çox işləri görmək və ona maksimumu vermək zövqdür, amma valideynlər uşaqlara nə qədər çox verirsə, onların öyrənmək və qazanmaq istəyi bir o qədər aşağı düşür. Nəticədə bacarıqlar və qabiliyyətlər zəifləyir.
Uşaqlar hər şeydən əvvəl insandır və bütün insanlar üçün gəyirmək çox yeməkdən başlayır. Odur ki, böyüməsinə və inkişaf etməsinə mane olan heç nəyi onlara "tıxamağa" çalışmayın. Onlara həqiqətən yetkin və müstəqil olmasına kömək edən şeyi vermək lazımdır. Axı gec-tez uşaqlar böyüyəcək və daha çoxunu istəməyə başlayacaq.
Öz ailəsini qurmaq, pul qazanmaq, öz fikirlərini müdafiə etmək istəyəcək və öz qərarlarını yerinə yetirəcəklər. Bunu edə bilmələri və bütün bunların necə sona çatacağı böyük ölçüdə sizə bağlıdır!
1. Birincisi, fiziki müstəqillik
İstər ilk addımı, istər yemək, istər tualet, istər mağazada oyuncaq seçimi, istər hovuza tullanmaq və s. fəaliyyətlərə hazır uşağınızın olduğunu görəndə onu buraxın. Təsir göstərməyin, sadəcə öz yolu ilə getməsinə icazə verin. Yıxılmaqdan qoruyun və nəticələr barədə xəbərdar edin, amma onun əvəzinə siz yerinə yetirməyin.
2. Yetərli hərəkət
Yadda saxlayın ki, enerji yalnız enerjidən doğur. Hərəkətsizlik onu öldürür. Uşaqları tənbəlləşməyə qoymayın. Özünüz də tənbəl olmayın. Layiqli nümunə olun. Gəzinti, qaçış və ya istənilən idman və məşğuliyyət növü uşaqlara hava və su kimi lazımdır. Əks halda onlar yaddaqalan uşaqlıq yaşaya bilməyəcək.
3. Sakit, qayğıkeş və etibarlı ailə mühiti
Bu, çox vacib punktdur. Əgər evdə vəziyyət gərgindirsə, o zaman heç bir özgüvən və sərbəstlikdən söhbət gedə bilməz. Uşaq üçün ev - onun həmişə təmənnasız olaraq sevildiyi və gözlənildiyi yuvadır. Söz-söhbət içində yaşayan uşaq gələcəkdə bəlkə də onun yaxasını buraxmayan komplekslərlə birlikdə böyüyəcək. Odur ki, bu məqamı yadda saxlayın. Kənar təsirlərin və çöldəki qəzəbin evə daxil olmasına imkan verməyin. Qışqırmayın və küskünlüklərinizi uşağın yanında yüksək səslə müzakirə etməyin. Heç vaxt uşaqların gözü qarşısında mübahisə etməyin və dalaşmayın. Bu, uşaq psixologiyası üçün çox ağır zərbədir.
4. Süfrə arxasında ailəvi söhbətlər
Uşaqlar üçün bütün ailənin masa ətrafında toplanıb söhbət etməsindən qiymətli heç nə ola bilməz. Canlı və maraqlı söhbətlər uşaqların inkişafına müsbət təsir edir. Kiçiklər yaşlıların xatirələrini dinlədikcə onların təcrübələrindən öyrənir, yaşlılar da öz növbəsində gənclərin öz baxışlarını ifadə etməsinə mane olmur. Bu, güclü və doğru qərarlar qəbul etməyə kömək edən fikir mübadiləsidir.
5. İcazənin dəqiq çərçivələri və birmənalı rəftar
Bu, nəinki uşaqların, hətta yetkin insanın da həyatını çox yüngülləşdirir. Qərarlarınızı əlcək kimi dəyişdirməyin: birmənalı olmayan sözlərdən istifadə etməyin və ailədaxilində ikili qərarlar tətbiq etməyin. Ailənin bütün üzvləri ilə danışın və onlardan eyni tərbiyə taktikasını dəstəkləməyi xahiş edin.
Valideyn olaraq uşaqlar üçün edə biləcəyiniz vacib işlər:
Hər zaman uşaqların tərəfindən çıxış edin.
Diqqətlə dinləyin və sözlərini yarımçıq kəsməyin.
Stressli vəziyyətləri minimuma endirin.
Uşaqlığının qayğısına qalın.
Çoxlu səyahət edin.
Xarici dillər öyrədin.
Sağlam həyat tərzi sürün.
Muzeyləri və teatrları ziyarət edin, müxtəlif qruplara və klublara yazdırın.
Yüksək səslə şeir əzbərlədin.
Ən optimal bonus sisteminizi inkişaf etdirin.
Layiqli cəzalandırma metodundan istifadə etməyə çəkinməyin (Əlbəttə ki, fiziki deyil).
Qazandığı uğurları və məziyyətlərini tərifləyin.
Uğursuzluğa görə danlamayın.
Səbəb və nəticəni izah edin.
Tələsik qərarlar verməyin.
Aşağılamayın və utandırmayın, xüsusilə başqalarının yanında.
Həqiqəti söyləyin.
Uşaqlarla istənilən mövzunu müzakirə edin.
Onları heç vaxt özünüzlə və başqa uşaqlarla müqayisə etməyin.
Bütün uşaq tədbirlərində iştirak edin.
Uşaqlarla həmişə qürur duyun və onlara hörmət edin.