Xəzər Xəbər

Həkim cekpotu uddu

Maraqlı | 17:28 • 8 Yanvar 2019
Həkim cekpotu uddu

Brüsseldə həkim yeni il milli lotereyasının cekpotunu udaraq 7,5 milyon avro qazanıb.


Xezerxeber.az xəbər verir ki, xoşbəxt qalib həmin vəsaitin bir hissəsini övladlarına ayıracağını və xeyriyyəçiliyə sərf edəcəyini, qalan pulları isə daşınmaz əmlaka və şərab istehsalına yatıracağını bildirib.


Belçika sakinləri üçün Avropanın EuroMillions lotereyası daha düşərli olub. 2018-ci ilin noyabrında o, qalibinə 50 milyon avrodan çox qazandırıb. Ötən ilin avqustunda daha bir belçikalı həmin lotereyada 108 milyon avroya yaxın pul udub. 2016-cı ildə isə Brüssel şəhərinin küçə təmizləyicisi krallıq tarixində ən iri uduşa - 168 milyon avroluq cekpota sahib olmuşdu. 2017-ci ildə digər iki xoşbəxt belçikalı EuroMillions vasitəsilə 153 və 23 milyon avro udmuşdu.

Xəbər lenti

Çox oxunanlar