Xəzər Xəbər

Ac qalma möcüzəsi - Alternativ tibbin möcüzəsi

Maraqlı | 16:05 • 7 Yanvar 2019
Ac qalma möcüzəsi - Alternativ tibbin möcüzəsi

Dünya tibbində alternativ bir müalicə üsulu, aclıqla müalicə gündəmdədir. Əksər dinlərdə olan oruc tutmaq ayininin insan səhhətinə faydaları haqqında çox yazılıb. Lakin aclıqdan bir müalicə vasitəsi kimi istifadə olunması, bunun xüsusilə də xərçəng hüceyrələrini məhv etməsi günümüzdə müzakirə olunan metodlardan biridir.


Belə ki, ac qalarkən bədən həzm işindən azad olur və öz-özünü təmizləməyə yönəlir. Qalıqları və toksinləri, qaraciyər və bağırsaqlardan nəcis, ağciyərlərdən öskürək və nəfəslə, beyindən asqırma, gözyaşı, qulaq axıntısı, böyrəklərdən sidik, qandan isə tər ilə çölə atmağa başlayır. Bu ağır işin reallaşması əsnasında çox enerji sərf olunur. Bədən bu enerjini tapa bilmək üçün əvvəl qlükoza və yağ mənbələrindən istifadə edir. Nəticədə, aclığın ilk 3-4 günündə insan hər gün 1-1,5 kiloqram çəki verir.

3-4 gün sonra təmizlənən qan, damarların divarlarında yığılan xolesterol, toksin və ərp təbəqəsini əridərək, bədəndən çıxartmağa başlayır. Bu günlərdə insanın ağzı, nəfəsi və təri kəskin iy verir, tüpürcəyi çoxalır, tünd və yapışqan olur. Sidiyin rəngi tündləşir, qoxusu ağır olur, sidikdə həmçinin qum və daşlar da tökülə bilər. Titrəmə, təzyiq düşməsi və ya yüksəlməsi müşahidə edilə bilər. Mədə bulanması, qusma, qaşınma ola bilər, uçuq, sızanaq, hətta çiban və yaralar çıxa bilər. Ancaq bu aclığı ibadət olaraq edən insanlarda oruc nisbətən rahat keçir. Onlarda yalnız yüngül titrəmə ola bilər və ya nəbz sayı düşə bilər.

Aclığın beşinci-yeddinci günü ağızdan və dəridən şiddətli aseton qoxusu gəlməyə başlayır. Bu qoxu bədənin daxili bəslənməyə keçdiyini bildirir və o gün insan üçün ağır keçə bilər. Çünki aclığın təsiri o gün hüceyrələrə enir və funksiyası dəyişməyə uğramış hüceyrələri təmizləməyə başlayır. Təmizlənməsi mümkün olmayan hüceyrələri isə tək-tək parçalayaraq onlarla qidalanır, yəni xəstəlikləri kökündən yox etməyə başlayır.

İddialara görə, bu günlərdə ac adamın tüpürcəyi, iltihablı yaraları yaxşılaşdırır, virus və ya göbələk infeksiyası olan qulaqdakı göbələyi qurudar, virusu yox edər, yeni meydana gəlmiş kataraktı əridər, əqrəbi belə öldürər.

Bu müddətdə çəki itkisi azalır, gündə 500-700 qrama enir. Yeddinci gündən etibarən kilo gündə 300-360 qrama, 21 gün sonra isə 120-150 qrama enər. Kök adamlar daha çox çəki verə bilərlər. Əgər aclıq zamanında su içilməzsə, bədən su tapmaq üçün daha çox xəstə hüceyrə istifadə edir və xəstəliklər daha qısa zamanda bitir.

Ancaq su istəyən insanların maye içməsi lazımdır. Su içmək istəyi, bədənin toksinləri əritmək üçün suya ehtiyacı olduğunu göstərir. Xəstəlik bitsə, yəni bədən bütün xəstə hüceyrələri yeyib bitirsə, ac insanın iştahı dərhal açılır. İştah açılmazsa, aclığa davam edilir.

Aclıq qısamüddətli də ola bilər, uzunmüddətli də...

1 günlük və ya 36 saatlıq aclıq...

Məsələn, həftənin baza axşamı saat 19: 00-da etibarən heç bir şey yeyilməməlidir. Yuxudan əvvəl bağırsağın boşalması üçün maqnezium içilməlidir. Bazar ertəsi tezdən heç nə yemədən, bədəndən nəcisin atılması üçün 1 stəkan su içməklə oruca başlanır. Qəbizlik problemi olanlar imalə da edə bilər. Qəbizlik problemi yoxsa, buna gərək yoxdur.

Axşam heç nə yemədən, 1-3 qurtum su içmək olar. Lakin çox su içmək istəyənlər istədiyi qədər içə bilər. Həftənin çərşənbə axşamının səhəri saat 07: 00-də meyvə suyu içmək və ya meyvə yemək olar. Bu şəkildə 36 saatlıq aclıq tamamlanır. O gün, gün boyu yalnız meyvə suyu içmək, meyvə və ya salat yemək məsləhətdir. Axşama yaxın yemək yeyilə bilər. Aclıqdan sonra yeməyə şirniyyatla başlamaq olmaz. Bu qara ciyər üçün təhlükəli ola bilər. Xörək isə bağırsağın burxulmasına yol aça bilər.

1 günlük aclığa davam etmək istəyənlər, həftənin həmişə eyni gününü seçməli, məsələn hər bazar ertəsi ara vermədən davam etməlidirlər.

Çünki bədən həftənin eyni günü edilən aclığa asan alışır, həmin gün gəldiyində iştah özbaşına kəsilir və aclıq rahat keçər. Fərqli günlərdə olsa, bədən çaşır, iştah güclü olur və aclıq çətin keçir.

Uşaq və gənclər aclığa çox asan öyrəşir və qısa zamanda bütün xəstəliklərdən təmizlənirlər. Həftədə 1 günü ac qalanlar, əgər yemək nizamını pozmurlarsa, xəstəliklərdən uzaq olurlar.
Xəstəliklərdən ömür boyu qorunmaq üçün insan, həftədə 1 gün ac qalmağa çalışmalıdırlar

3 günlük aclıq

Aclığın ilk günü, eynilə 1 günlük aclıqda olduğu kimi, səhər su içməklə başlayır, sonra hər axşam və səhər heç nə yemədən 3 gün ardıcıl keçirilir. Xəstəliyi ağır olanların, 3 günlük orucu 7 gün fasilə ilə 7-14 dəfə etməsi lazımdır.

3 gündəlik orucun xərçəng xəstəliyi də daxil olmaqla, bütün xəstəliklərə böyük faydası vardır. Orucların sonunda əvvəl meyvə suyu, sonra meyvə, daha sonra salat yeyilir, yalnız axşam tərəvəz yeməyi yeyilə bilər.

10 günlük aclıq

Şiş, ağır sümük xəstəlikləri, ruhi xəstəliklər, epilepsiya, nevroloji xəstəliklər, ürək-damar xəstəlikləri və bütün ağır xəstəliklərin 10 gün ac qalmadan yaxşılaşması çətindir. Çünki yuxarıda izah edildiyi kimi aclıq yalnız 5-ci və 7-ci gündən sonra hüceyrələrə enir və dəyişmiş hüceyrələri yaxşılaşdırmağa və ya yox etməyə başlar.

10 günlük aclığa da eyni şəkildə başlamaq lazımdır. Aclıq zamanı gündə 1-2 dəfə soyuğa yaxın ilıq su ilə yuyunmaq faydalıdır. İsti su istifadə edilməməlidir. Çünki aclıqda mədə vəziləri çalışmaz və ferment istehsal etməzlər. İçilən və ya yuyunarkən istifadə edilən isti su mədə vəzlərini işlədə və mədə şirəsi ifraz oluna bilər. O zaman insan aclığı dayandırmağa məcbur qalar.

Aclıqda orqanlarda müxtəlif ağrılar, qızdırma, titrəmə, qusma, ishal ola bilər, hamısı normaldır və yaxşıdır. Şəkər və təzyiq düşə bilər. Bu, bədənin, öz vəziyyətinə görə ehtiyacı olanı tənzimləməsidir, buna müdaxilə etmək lazım deyil. Aclıq boyunca imalə ilə atılanlar çox miqdarda olduqda, iki gündə bir imalə etməyə davam etmək lazımdır.

Bəzən qusma bir neçə gün (3-4 gün) davam edə bilər. Bu vəziyyətdə nanə, kərəviz yarpağı, limon qabığı, heyva və ya sirkə iyləmək, dayanmazsa, yeni üyüdülmüş və ya döyülmüş qara bibəri iyləmək, yenə də dayanmazsa su içmək, yuyunmaq və imalə etmək lazımdır. Qusma yenə də dayanmazsa, almanı çeynəyib suyunu içmək, qalıqları udmadan atmaq lazımdır. Və ya qreypfrutu, limonu soraraq aclığı dayandırmaq olar. Bu şəkildə dayandırılan aclıqdan sonra meyvə suyu içməyə davam etmək lazımdır.

Aclıqdan əsla zərər gəlmədiyinə inanıb, qusmağa səbr edən və aclığa davam edə bilən insan böyük xəstəliklərdən xilas ola bilər. Çünki qusma, beyində dərin dəyişikliklər olduğuna, bədəndən ağır zəhərli maddələrin atıldığına və ya qaraciyər və dalağın ağır xəstəliyinə işarədir.

Təbii ki, 10 günlük aclığı, mövzunu bilən bir həkim nəzarətində etmək daha asandır. Ancaq məsələnin mahiyyətini anlamayan həkimlərdən də uzaq durmaq lazımdır.

10 günlük aclıq bitdikdən sonrakı on gün, aclıqdan daha əhəmiyyətlidir.
Bu günlərdə bədən, itirilən xəstə hüceyrələrin yerini doldurmaq üçün, sağlam hüceyrələri çoxaldaraq, orqanları yenidən inşa etməyə başlayır. Yəni tamamlanan aclığın nəticəsi birbaşa olaraq bu on gün müddətində yeyilən yeməklərə bağlıdır.
Qəbul edilən qida meyvə, təzə çiy tərəvəz, rəfinə olmamış zeytun yağı, təbii bal olmalıdır, suya diqqət edilməlidir.

10 günlük aclıq bitdikdən sonrakı 1-ci gün

Səhər su ilə yarı yarıya qarışdırılmış təzə sıxılmış, alma şirəsi, qreypfrut şirəsi və ya limon suyu ilə aclıq dayandırılır. Şirəsi çəkilən meyvələrin mütləq çürüksüz olması şərtdir. Axşama qədər təxminən 1-1,5 litr meyvə şirəsi içilir.

10 gün orucdan sonra heç iştah yoxdursa, o zaman oruca davam etmək ən doğru variant olar. Ancaq oruca davam etmə gücünüz yoxdursa, özünüzü məcbur etmədən, iştahınız gələnə qədər, meyvə suyu içməyə davam edin.

2-ci gün səhərdən günortaya qədər dörddə biri su qarışığı olan meyvə suyu içilir. Günortadan axşama qədər hər 3 saatda bir istənilən meyvə, başqa bir meyvəylə qarışdırılmadan yeyilə bilər.

3-cü gün səhər meyvə suyu, sonra meyvə, sonra salat, sonra, axşama yaxın yağsız və duzsuz, az su ilə xəfif temperaturda bişirilmiş tərəvəz yeməyi və ya tərəvəz şorbası yeyilə bilər. Bu ilk 3 gündə ayaqyoluna gedərkən qəhvəyi, qara və ya yaşıl rəngdə nəcis gələ bilər. Gəlməzsə, 3-cü və ya 4-cü gün səhər imalə etmək lazımdır.

4-cü gün, eynilə 3-cü gün olduğu kimi, yalnız axşam balqabaq, kərəviz, kəvər, qara kələm, çuğundur kimi hər hansı bir tərəvəz yeməyi ilə 30 qram çörək və ya eyni miqdarda qaynadılmış düyü yeyilə bilər. Yeməyə 1 şorba qaşığı sızma zeytunyağı, incə kəsilmiş dərə otu, cəfəri, təzə soğan və sarımsaq əlavə oluna bilər.

5-ci gün səhər bal siropu içilə bilər. Bal təbii olmalıdır və 30 qramı keçməməlidir. Meyvə, qarpız və ya qovun, 3 saat sonra da təzə salat yemək olar. Axşama yaxın zeytun yağı, sarımsaq və soğan, qovrulmadan bişirilmiş tərəvəz yeməyi 50-60 qram çörəklə yeyilə bilər. Yanında qatıq da məsləhətdir.

6-cı gün yenə eyni yeməklər (tərəvəz yeməyi, qaynadılmış düyü, qatıq və salat) yeyilə bilər. Eyni gün içində çörək və düyü yeyilməməlidir, ya düyü ya da çörək yemək lazımdır.

7-8-ci günlər də 6- cı gündə olduğu kimi qidalanmaq lazımdır. Əlavə olaraq, zeytun yağlı təzə paxla yeməyi yeyilə bilər.

9-cü gün əlavə olaraq balıq yeyilə bilər.

10-cu gün ət yeyilə bilər.

Xəbərdarlıq: 10 günlük aclıqdan sonrakı 10 gün ərzində yalnız yuxarıda yazılanlar yeyilməlidir. Pendir, süd, duz, şəkər, qəhvə, qara çay, hazır yeməklər və içkilər qətiyyən istifadə edilməməlidir. Bir qram duz belə bədəndəki su-duz tarazlığını dərhal pozaraq bədəni şişirər. Birinci yemək həzm edilmədən ikinci bir yeməyi yemək təhlükəlidir. Həzmin pozulmasına, bağırsaqlarda qaz yaranmasına və bağırsaq burxulmasına səbəb ola bilər.

On günlük orucu gənclər birbaşa edə bilər. 40 yaş üzərindəki ağır xəstələr, buna ehtiyacı olanlar isə əvvəl 10 gün yalnız qreyfrut, kök və alma suyu içdikdən və qaraciyəri təmizlədikdən sonra aclığa başlaya bilərlər.

Aclığın səhhət üçün heç bir zərəri və ya təhlükəsi yoxdur. Əksinə, faydası çox böyükdür. Yalnız doğru etmək, qaydaları pozmamaq lazımlıdır. 10 günlük aclıq hər kəsə nəsib olmaz. Bir neçə dəfə 10 günlük aclıqdan sonra insan özünü çox sağlam hiss edir.

Aclıq, beyində yerləşən zərərli proqramları silir, düşüncə, anlayış və əzbərləmə qüvvətini, konsentrasiya qabiliyyətini, görmə, eşitmə, dad alma duyğularını inkişaf etdirir və gücləndirr.

Daimi olaraq meyvə suyu içmək, zəli ilə qanı təmizləmək faydalıdır. Su və yeməyin keyfiyyətinə davamlı diqqət etmək lazımdır. Qidaların hər zaman təzə, təbii olması və əsasən meyvə-tərəvəzə, bala, təzə quru meyvələrə üstünlük verilməsi önəmlidir.

Xəbər lenti

Çox oxunanlar