Daha bir cütlük kirayə pulu ödəməkdan bezərək yük maşınından ev yaradıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gəzməyi sevən ingilis əsilli Lona və Martin evlərini də getdikləri yerə aparmaq qərarına gəliblər. Belə ki, 8 min manata çörək daşıyan maşın alaraq istədikləri kimi təmir ediblə.
Qonaq və yataq otaqlarından ibarət olan bu ev sadə və zövqlü şəkildə bəzədilib. Bununla yanaşı, əlverişli mətbəx və hamam otağı da hazırlayan cütlük xəyallarındakı evi yarada biliblər.