Xəzər Xəbər

Yeni ilin ilk 12 günü bunları EDƏNLƏR XOŞBƏXT OLACAQ VACİB TÖVSİYƏLƏR

Maraqlı | 12:48 • 1 Yanvar 2019
Yeni ilin ilk 12 günü bunları EDƏNLƏR XOŞBƏXT OLACAQ

Yeni İlin ilk 12 günündə növbəti il üçün müvəffəqiyyətin bünövrəsini qoymaq olar.

Yeni ilin ilk 12 günü insan həyatının 12 əsas sahəsini simvolizə edir. Onların hər biri 12 zodiak işarəsinə əsaslanır. Astrologiya prinsipləri əsasında həyatın bütün sahələrində uğurun təməlini qoymaq olar.

Bu yazıda oxucuları bayramdan sonrakı 12 günün insan həyatında əhəmiyyəti barədə tanış edəcəyik.

1 Yanvar

Bu tarixdə zahiri görkəminizlə, idman və özünü inkişafla məşğul olun. Bayramın səhəri günü bütün bunları yerinə yetirmək, əlbəttə ki, asan deyil. Lakin il ərzində ideal formada olmaq, gözəl və qamətli görünmək və istəyirsinizsə, əziyyət çəkmək lazım gələcək. Hədəflərinizi məhz bu sferalarda təyin etmək arzu olunandır.

Məqsədlərə daha tez nail olmaq üçün real addımlar atmaq lazımdır - idman zalına gedin və ya evdə hər hansı bir fiziki məşq edin. Bu gün özünüinkişaf barədə unutmayın. Görünüşünüzü yaxşılaşdırmaq da vacibdir. Məsələn, yeni paltar geyinin, gözəl makiyaj və manikür edin, saçlarınızı səliqə ilə darayın.

Şübhəsiz ki, çoxları bunu 31 dekabrda həyata keçirir, amma 1 yanvarda gözəl görünmək ilin uğurlu keçməsi üçün vacib şərtdir. Bütövlükdə Yeni ilin ilk gününü həyatınızda ən əhəmiyyətli insana - ÖZÜNÜZƏ həsr edin. Təəssüf ki, adətən başqa cür olur, biz bütün tətil günlərini qonaqlarımıza və ev işlərinə ayırırıq. Bu günü çox səmərəli olmalıyıq!

2 Yanvar

Yanvarın 2-də material haqqında düşünmək lazımdır. Bu gün gəlir, pul, maddi vəziyyətlə əlaqələndirilir. İl ərzində nə qədər pul qazanmaq və hansı gəlir mənbələrinə sahib olmaq istədiyinizi, yazın. Pulla bağlı hər hansı iş görün: bütün pulunuzu sayın, maaşınızı alın, evə pul daxılı alıb içinə pul atın, yeni bir cüzdan seçin, yeni gəlir mənbəyi yaradın və s.

Yanvarın 2-də heç bir halda borc verməyin və almayın. Ümumiyyətlə, yaxşı olardı ki, bu tarixdə böyük alış-veriş etməyəsiniz, əksinə, hər hansı əlverişli gəlir mənbəyi tapmağa çalışın. Onda bütün il pul sizə tərəf gələcək.

3 Yanvar

Yanvarın 3-ü ünsiyyət, məlumat, intellekt və təhsil rəmzidir. Öyrənmək istədiyiniz dili və ya digər peşə sahələrini vərəqə yazın. Bu tarixdə çoxlu oxumaq, yeni məlumat əldə etmək, biliyinizi artırmaq tövsiyə olunur - amma yalnız işıqlı və maraqlı informasiyalarla tanış olun. Hər deyilən sözə çox diqqətlə yanaşın. Bu gün kobud sözlər istifadə etmək, xüsusən söyüş söymək və öz nitqini zibilləmək olmaz. Yalnız xoş vibrasiyalar daşıyan uğur və harmoniya haqqında danışın.

Bu gün həm də nəqliyyat vasitələri ilə əlaqəlidir, odur ki, avtomobil almaq istəyirsinizsə, onun haqqında rəylər oxuyun, bütün məlumatları öyrənin, hətta maşın bazarına gedib onun xüsusiyyətləri ilə canlı şəkildə tanış olmaq olar.

4 Yanvar

4 Yanvar ailəni simvollaşdırır. Xəyallarınızdakı ideal ailə həyatını vərəqə köçürün. Evlisinizsə, ailədə həyatında dəyişdirmək istdəyiniz məqamları yazın. Bütün günü evdə, ailə əhatəsində keçirin, bayram masası arxasında toplaşın. Bu gün ailə harmoniyasını hiss etmək çox vacibdir. Yalnız ailənizlə deyil, yaxınlarınızla, xüsusən də valideynləriniz və nənə-babalarınızla ünsiyyət qurun. Vəfat etmiş doğmalarınızı xatırlayın, yaşadığınız üçün minnətdaran olun və hər kəsi bağışlayın.

5 Yanvar

Bu tarix sevgini, hobbini, yaradıcılığı, zövq duyumunu və uşaqları simvolizə edir. Bu sferalarda məqsədlərinizi yazın. Günü uşaqlarla keçirin, yaradıcılıqla məşğul olun, özünüzə zövq yaşadın, əylənin, restorana gedin, rahatlayın və sevgilizlə görüş təyin edin. Bu günü qaçırmayın! Əylənmək və həyatdan zövq almaq lazımdır!

6 Yanvar

Yanvarın 6-sı gündəlik məişət qayğıları, iş, qidalanma və sağlamlıq ilə əlaqəlidir. Sağlamlığınız üçün faydalı üsullar həyata keçirin (vannaya gedin, masaj edin və ya yoqa ilə məşğul olun). Xüsusilə, bəslənməyə diqqət yetirin, ağır yemək yeməyin, yüngül və faydalı yeməklərə üstünlük verin.

Sahib olmaq istədiyiniz vəzifə, iş və həmkarlar barədə kağıza yazın. Əgər rəhbərsinizsə, şirkətinizdə görmək istədiyiniz əməkdaşların xüsusiyyətlərini qeydə alın. Bu gün heyvanlarla söhbət edin, bu, sizin üçün çox əlverişli olacaq. Adi ev işləri və işlə məşğul olun.

7 Yanvar

Bu gün nikah, həyat yoldaşı və tərəfdaşlarla bağlıdır. Arzularınızdakı ideal nikahı və münasibət qurmaq istədiyiniz insanda görmək istədiyiniz keyfiyyətləri vərəqdə təsvir edin. Subaysınızsa, şadlıq sarayına gedib gəlin və bəy kürsüsündə əyləşdiyinizi təsəvvür edin. Bir sözlə, Kainata ötürün ki, evlənməyə hazırsınız. Evlisinizsə, bütün günü həyat yoldaşınızla birlikdə keçirin, bayram süfrəsi qurub gələcək planları müzakirə edin.

Həmin tarixdə sevgiliniz və ya həyat yoldaşınızla mübahisə etməyin, tənqidləri başqa vaxta saxlayın, güzəştə gedin. Əksinə, güclü hissləriniz barədə danışmaq və bir-birinizə nə qədər qiymət verdiyinizi göstərmək daha yaxşıdır.

İşgüzar əlaqələr üçün lazım olan tərəfdaşları təsəvvür edin, bütün peşəkar və insani keyfiyyətlərini yazın.

8 Yanvar

Bu tarix risk, böhran, böyük pullar, ortaq pul, hamiləlik və təmizlənməni simvollaşdırır. Bu günlərdə həddindən artıq və riskli tədbirlərdən çəkinin. Enerjinizi pul axınlarına yönəltmək daha yaxşıdır - banka gedib özünüzü böyük pul enerjisi ilə qidalandırın. Bu gündə bank hesabı açmaq və müəyyən bir məbləğ yatırmaq əlverişlidir. Beləliklə, hesabınız il boyu artacaq. Gələn il kredit yükündən azad olmaq üçün bu gün borcu ödəmək tövsiyə olunur.

8 Yanvar uşaq və hamiləlik ilə bağlıdır. Əgər planda uşaq sahibi olmaq varsa, hamiləliyin ideal şəkildə keçdiyini təsəvvür edin.

8-ci gün təmizlik rəmzidir, odur ki, köhnəlmiş və lazımsız bir şeyləri atın. Həmin gün nə isə itirmisinizsə, sevinin, ona həqiqətən artıq ehtiyac yoxdur.

9 Yanvar

9-cu gün səyahət, tədris, ali təhsillə bağlıdır. Odur ki, səyahət etmək və ya təhsil almaq istədiyiniz ölkələrin siyahısınızı yazın. Əgər bu gün bilərəkdən səyahətə çıxsanız, bütün ili səyahətlərdə keçirəcəksiniz.

10 Yanvar

10-cu gün karyera və böyük peşəkarlıq uğurlarını simvolizə edir. Odur ki, qarşınıza qoyduğunuz ən yüksək hədəfə nail olmaq üçün nə lazım olduğu haqqında ətraflı düşünün. Sizə nə cür karyera lazımdır? Hər hansı şirkətin və ya qurumun əməkdaşısınızsa, ideal müdiri təsvir edin, bu gün müdirinizlə yaxşı əlaqələr qurmaq vacibdir.

11 Yanvar

11-ci günü dostlar və tanışlara həsr edin. Bu gün dostlar və ağıllı insanlarla söhbət edin. Yanvarın 11-i həm də arzu və istəklər ilə əlaqələndirilir. Odur ki, gözlənilməz və fövqəladə bir şey edin. Xəyallarınızda arzunuzun həyata keçdiyini təsəvvür edin və bütün günü onun sevinci ilə keçirin.

12 Yanvar

Sonuncu tarix təklik, sirr, mənəviyyat, dua, meditasiya günüdür. Bu gün susmaq, dua etmək, meditasiya etmək, ezoterik, mistik, gizli və naməlum məlumatlar oxumaq lazımdır. Gələn ilin bütün arzu olunan nəticələrini yekunlaşdırın və bu barədə heç kimə məlumat verməyin. Bu gün müqəddəs məkanlara getmək və ali qüvvələrdən kömək istəmək yaxşıdır.

12 astroloji həyat sahəsinə görə vərəqi 12 günə bölüb hər günü müvafiq şəkillər və istəklər ilə doldura bilərsiniz. Bu, istəklərinizi Kainata açıq şəkildə ötürmək üçün gözəl üsuldur. Bununla da kainat arzularınızı və məqsədlərinizi reallığa çevirməyi asanlaşdıracaq.

Bu təcrübə aktiv Astroloji və Astromagiyaya aiddir. O, sizi boş oturmamağa və öz taleyinizi aktiv şəkildə idarə etməyə sövq edir./publika.az


Xəbər lenti