Ortasından bir insanın keçəcəyi qədər boşluq olan bu daşın pis gedən münasibətləri yaxşılaşdıracağına, ya da yeni münasibət yaradacağına inanılır. Bir növ türbə vəzifəsi görən bu daş həm yerli əhali, həm də bölgəyə gələn turistlər tərəfindən böyük maraq görür.
Ziyarətə gələnlər burada satılan kağız parçalarına adlarını və arzularını yazaraq daşa asır və daşın altından keçirlər. Yapon inanclarına görə arzuları gerçəkləşdirən və münasibətləri gücləndirən bu daş Yaponiyada müşahidə edilən ən maraqlı inanclardan birini təmsil edir.
Arzulanan istəyin reallaşması üçün edilən bəzi rituallar var. İnanca görə, ilk olaraq baş məbədə gedən ziyarətçilər daha sonra bir arzu kartı satın alır. Karta arzusunu yazan adam münasibətini gücləndirmək istəyirsə arzu kağızını daşın ön hissəsindən arxa hissəsinə doğru gəzdirdikdən sonra daşın ortasındakı deşikdən arxa hissəyə doğru keçir.
Pis gedən münasibətini bitirmək istəyənlər isə arzu kağızını arxa hissədən önə doğru gəzdirdikdən sonra eyni hərəkəti həyata keçirərək arzu kağızını daşın üzərinə asırlar.
Daşın tarixinin yeddinci əsrə qədər uzandığı və xalq arasında "evlilik daşı” kimi də tanındığı bildirilir. Bir çox arzunu həyata keçirdiyinə inanılan daşın xüsusilə qadın ziyarətçilər arasında populyarlıq qazandığı bildirilir. (Moderator.az)