Araşdırmada bir neçə qrupa bölünmüş 55 yaşından böyük 33 nəfər iştirak edib
Monreal universitetinin araşdırmaçılar qrupu müəyyən edib ki, video oyunlar yaşlı insanların yaddaşını möhkəmləndirir.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada bir neçə qrupa bölünmüş 55 yaşından böyük 33 nəfər iştirak edib.
Birinci qrup gün ərzində bir neçə saat Super Mario oynayıb, ikinci qrup zamanını fortepiano qarşısında keçirib, 3-cü qrup isə heç bir işlə məşğul olmadan istirahət edib.
Mütəxəssislər mütəmadi oyun oynayan insanların yaddaşında yaxşılaşma müşahidə edib. Bu zaman beyində olan boz maddənin səviyyənin yüksəldiyi nəzərə çarpıb. İlk iki qrupda boz maddənin artdığı müşahidə edilsə də, üçüncü qrupda heç bir artım müşahidə edilməyib.