Xəzər Xəbər

Arıqlamağın ən asan yolu – İsveç möcüzəsi/Nadir resept

Maraqlı | 13:36 • 24 Dekabr 2018
Arıqlamağın ən asan yolu

İsveç diyetası 6 gündən az saxlanılmayan, maksimum 13 gün çəkən diyeta növüdür.

XəzərXəbər xəbər verir ki, İsveç diyetası dünyada "Riqşospitalet diyetası” kimi tanınır.
3 ayın içində diyeta yenidən təkrarlanmalıdır. Gündə ən azı 2 litr su içilməlidir. Eyni gün ərzində axşam və günorta yeməklərinin vaxtını dəyişdirmək olar. Xolesteronu yüksək olanlar yumurtanın ancaq ağını yeyə bilərlər.

Diyeta üçün nəzərdə tutulmuş siyahı problemlərə yol açsa, 6 gün həyata keçirib, 3 ay sonra yenidən 6 gün saxlamaq olar. Diyeta göstərilən qaydaya uyğun həyata keçirilsə 13 gün ərzində 5-15 kiloqram arıqlamaq mümkündür.

İsveç diyetasının qaydaları:

I gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd
Günorta: 2 ədəd yumurta, 1 boşqab pörtlədilmiş ispanaq, 1 pomidor
Axşam: 1 ədəd zeytun yağında hazırlanmış bifşteks (200 qrama qədər) və limon sıxılmış 1 boşqab göyərti salatı

II gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd şəkər
Günorta: 1 dilim kolbasa, 100 qram qatıq
Axşam: 1 ədəd bifşteks (200 qr), göyərti və qatıq

III gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörək
Günorta: Pörtlədilmiş ispanaq, 1 ədəd pomidor, bir ədəd meyvə
Axşam: 2 ədəd yumurta, 1 dilim kolbasa, göyərti salatı

IV gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörək
Günorta: 1 ədəd soyutma yumurta, 1 rəndələnmiş yerkökü, 25 qram yağsız pendir
Axşam: 2 dilim portağalın şirəsi, 100 qram qatıq

V gün
Səhər: 1 ədəd böyük rəndələnmiş yerkökü (limonlu)
Günorta: Soyutma balıq (200 qram, limonlu və zeytun yağında)
Axşam: 1 ədəd bifşteks (200 qram), salat, brokkoli

VI gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd
Günorta: 2 ədəd soyutma yumurta, 1 ədəd böyük rəndələnmiş yerkökü
Axşam: Dərisi soyulmuş soyutma toyuq (200 qram), salat

VII gün
Səhər: Şəkərsiz çay
günorta: Qrildə bişmiş ət (200 qram) və təzə meyvə
Axşam: Heç nə

VIII gün
Səhər: 1 fincan qənd, 1 ədəd qənd
Günorta: 2 ədəd soyutma yumurta, 1 boşqab pörtlədilmiş ispanaq, 1 ədəd pomidor
Axşam: 1 ədəd bifşteks (200 qram), zeytun yağında və limonlu salat

IX gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd
Günorta: 1 dilim kolbasa, 100 qram qatıq
Axşam: 1 ədəd bifşteks (200 qram), göyərti salatı, 1 ədəd meyvə

X gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörək
Günorta: Pörtlədilmiş ispanaq, 1 ədəd pomidor, 1 ədəd meyvə
Axşam: 2 ədəd soyutma yumurta, 1 dilim kolbasa, göyərti salatı

XI gün
Səhər: Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd, 1 dilim qızardılmış çörək
Günorta: 1 ədəd soyutma yumurta, 1 ədəd rəndələnmiş yerkökü, 25 qram yağsız ağ pendir
Axşam: 2 dilim portağalın şirəsi, 100 qram qatıq

XII gün
Səhər: 1 ədəd böyük rəndələnmiş yerkökü (limonla)
Günorta: Yağsız soyutma balıq (200 qram, limonda və kərə yağında)
Axşam: 1 ədəd bifşteks (200 qram), salat və brokkoli

XIII gün
Səhər: 1 fincan qəhvə, 1 ədəd qənd
Günorta: 2 ədəd soyutma yumurta, 1 böyük rəndələnmiş yerkökü
Axşam: Dərisi soyulmuş soyutma toyuq (200 qram) və 1 ədəd böyük rəndələnmiş yerkökü.

Teleqraf.com

Çox oxunanlar