Xəzər Xəbər

Kanada sakini milli lotereyada 44 milyon dollar udub

Maraqlı | 10:20 • 23 Dekabr 2018
Kanada sakini milli lotereyada 44 milyon dollar udub

Kanadanın "Lotto Max" milli lotereyasının 44,2 milyon dollarlıq cekpotu oynanılıb.

Bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 7, 21, 23, 25, 31, 34 və 45. Bonus-rəqəm - 37".

Bildirilir ki, hazırda biletin Kanadanın Ontario əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.

Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.

Xəbər lenti