Xəzər Xəbər

Təqaüdçü bir il arvadının meyiti ilə yaşadı

Maraqlı | 15:27 • 20 Dekabr 2018
Təqaüdçü bir il arvadının meyiti ilə yaşadı

Yaponiyanın Fukuoka prefekturasında 74 yaşlı təqaüdçü ölmüş həyat yoldaşını bir ildən çox dəfn etməyib.

"AsiaOne” xəbər verir ki, arvadının ölümündən sonra Okuda Yosihisa onun cəsədi ilə yaşayıb.

Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün meyiti hava təravətləndiriciləri ilə əhatə edib.

Qadının qalıqları təsadüfən aşkarlanıb. Onun qaldığı evdə söküntü işləri aparılan zaman Yosihisa evi tərk edib və fəhlələr onun həyat yoldaşının meyitini tapıblar.

Hadisədən sonra yapon təqaüdçü həbs olunub. Araşdırmadan sonra məlum olub ki, qadının onunla nikahda olduğu müddətdə şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmayıb. Onlar nikahı belə rəsmiləşdirməyiblər və Yosihisanın təqaüdü ilə dolanıblar.(oxu.az)

Xəbər lenti