Xəzər Xəbər

Bu xəstəlikdən qurtulmağın ən ucuz üsulu XALQ TƏBABƏTİ

Maraqlı | 16:05 • 17 Dekabr 2018
Bu xəstəlikdən qurtulmağın ən ucuz üsulu

Herpes bizi ən çox narahat edən xəstəliklərdən biridir. Çox vaxt yüngül forması müşahidə edilsə də, ondan qurtulmaq asan olmur.

Bu xəstəliyin əsas əlamətlərindən biri dodaqda yaranan səpkidir. Bu səpki qaşınıb göynəməklə bərabər həm də çox pis görüntü yaradır.

XəzərXəbər xəbər verir ki, herpesi xalq təbabəti üsulları ilə sağaltmaq mümkündür.

Aloya

Herpes səpkisi olan hissəyə iki saatdan bir aloe şirəsi sürtün. Bundan əlavə yarpağın iç hissəsini üzərinə qoyub gözlədin.

Süd

Pambığı yağsız südə batırıb hər 2-3 saatdan bir yaranı silin. Ancaq bu nöqtənizə su dəyməməlidir.

Sarımsaq

Sarımsağın bir dişini əzib səpkinin üzərinə yayın. Sarımsaq sıyığı ilə müalicə bir az qoxulu olsa da, kifayət qədər effektivdir./publika.az

Xəbər lenti

Çox oxunanlar