Daşkənddə 505 məhəlləni təmsil edən şaxta babaların paytaxtın mərkəzində yürüşü keçirilib.
AZƏRTAC xəbər verir Özbəkistanın Məhəllə Fondunun təşəbbüsü ilə baş tutan yürüş paytaxt sakinlərinin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.
Yürüşün təşkilatçıları bildiriblər ki, dekabrın 20-dən 31-dək Məhəllə Komitələrində, uşaq əyləncə mərkəzlərində, teatr və konsert salonlarında, parklarda Yeni il münasibətilə bayram şənlikləri keçiriləcək, xeyriyyə aksiyaları təşkil olunacaq.