Dünyanın ən güclü həkimlərindən biri professor Fyodr Uqlov 103 il yaşayıb. Cərrah Uqlov uzun ömürlülüyünü özu yaratdığı pəhrizə borclu olduğunu deyirdi.
O həmçinin fəaliyyət göstərən ən yaşlı həkim kimi Ginnesin Rekordları kitabına düşmüşdü.
Əfsanəvi cərrahın uzunömürlülülük və polad sağlamlıq sirlərini təqdim edirik.
Uqlova görə, hərəkətsizlik sağlamlığın düşmənidir. Nə qədər çox hərəkət etsək, o qədər də çox düşünürük. Tütün və alkoloqdan tam imtina edin Yeməyinizi azaldın. Piylənmə bədənin düşmənidir. 7 saatdan az olmayan yuxu...
Uqlovun uzunömürlülük pəhrizi isə budur:
Bu pəhriz həmçinin bədəninizi təmizləyəcək. Cərrahın fikrincə yeməyin özü qədər zamanı da vacibdir.
Səhər:
Təbii qəhvə yaxud 1 fincan qara çay, qaynadılmış yumurta, 8 ədəd qara qavalı qurusu. Gavalı qurusunu yeməzdən öncə mütləq axşamdan suda yumşaldın.
Nahar:
200 qram qaynadılmış, toyuq yaxud donuz əti yeyə bilərsiniz. Yaxud balıq və apelsinlə əvəzləyin. 100 qram təzə, və ya qaynadılmış kələm. Kələmi yerkökü ilə də əvəzləyə bilərsiniz.
Qidalar arasında fasilə zamanı 30 qram pendir, alma da yeməlisiniz.
Şam yeməyi:
1 Stəkan süd yaxud, qatıq.
Bu pəhrizi 10 gün təkrarlayın. 103 il də olmasa, 100 il yaşayın./publika.az