Xəzər Xəbər

2 min illik qəbirdə şok detal — Ayaqlarını kəsib dəfn ediblər

Maraqlı | 15:25 • 14 Dekabr 2018
2 min illik qəbirdə şok detal

Arxeoloqlar Peruda qəribə qəbirlər tapıblar.


"Ölkə.Az” xəbər verir ki, 2000 illik qəbirstanlıqda ölülərin ayaqlarının kəsilib dəfn edildiyi üzə çıxıb.


Moçe mədəniyyətinə aid 32 skeletin 16-ının ayaqlarının kəsildiyi müəyyən edilib. Bunlar qədim Moçe mədəniyyətindəki qorxulu ayinlərin izləri idi.


Kəsilən ayaq sümükləri bəzək əşyaları kimi istifadə edilib. Alimlər "Pre-hispanic Moche” və "Lambayeque” mədəniyyətlərindən qalıqlarla dolu Peru Pomalka bölgəsinin El Çorro kompleksində 32 qəbir aşkar edilib.

Bundan başqa, Alpas, lama və donuzların qalıqlarından ibarət 60 böyük saxsı qab tapılıb. Qablar parça ilə örtülü olub.


Moçe Mədəniyyəti Şimal Sahilində eramının 50-700-cü illəri arasında mövcud olub. Bəzi qəbirlərdən isə ayaq sümüklərindən hazırlanmış əşyalar da tapılıb.

Xəbər lenti

Çox oxunanlar