Xəzər Xəbər

Venesiya bu ağacın üstündə dayanıb Yarpağının tüstüsü qaş və kirpik tökülməsinin qarşısını alır

Maraqlı | 15:18 • 14 Dekabr 2018
Venesiya bu ağacın üstündə dayanıb

Uzunömürlü ağac sayılan şam 100 ildən 1000 ilə qədər yaşayır. Ağacın hündürlüyü 15-20 metrə çatır və bütün növ torpaqlarda bitir. Şam ağacı ilk dəfə 20-25 yaşında "çiçəkləyir" və çiçək tozları sarı rəngə çalır. Havada uçuşan çiçək tozları çiçəklərə toxunanda mayalanma baş verir, toxumlar əmələ gəlir. Bir il sonra yetişmiş qozalar açılır, toxumlar yerə tökülür, qozalar isə quruyandan sonra ağacdan düşür. Toxumlar qanadlı olduğuna görə küləklə hər tərəfə yayılır.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, Azərbaycanda şam ağacının dörd növü bitir. Bunlardan ən qiymətlisi qara şamdır. Qara şam ağacının oduncağı illər boyu suyun içində qalsa da çürümür. İtaliyanın Venesiya şəhərinin sualtı hissəsi Uraldan gətirilmiş qara şam ağacının oduncağından hazırlanmış dirəklər üzərində dayanıb. Dirəklər 1,5 min il ərzində nəinki çürüməyib, hətta elə bil kristallaşıb.

Müalicə məqsədilə qara şamın qabıq, gövdə, yarpaq və qozalarından istifadə edilir. Şam ağacının gövdəsi və qabıqları A və C vitaminləri, iynəyarpaqları isə efir yağları ilə zəngindir. Ağacın gövdəsini yaranda efir yağları ilə zəngin qatı qətran xaric olur və həmin qətran xalq təbabətində yarasağaldıcı vasitə kimi istifadə edilir.

Təzə şam qozaları qədim zamanlardan diş əti xəstəlikləri, vərəm, bronxit, bronxial astma, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş tətbiq edilir. Şamın iynəyarpaqları vanna şəklində uşaqlıq və düz bağırsaq xəstəlikləri zamanı tətbiq olunur. Şam qozaları və iynəyarpaqları fitonsid maddələrlə zəngin olduğundan dəriyə təmizləyici və antibakterial təsir edir, həmçinin orqanizmi tonuslandırır. İynəyarpaqları yandırıb tüstüsündən qaş və kirpiklərin tökülməsinin, göz sulanmasının və görmə zəifliyinin qarşısının alınması üçün istifadə edirlər. Şam ağacının qabıqları antioksidant təsirə malikdir, qanı və orqanizmi toksinlərdən təmizləyir. Şam qozalarında tanin maddəsinin çoxluğu insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. Xaricə istifadə zamanı həmin maddə tərləməni azaldır, dəridə olan göbələklərə antifunqal təsir edərək tər qoxusunu aradan qaldırır. Lakin kəskin böyrək xəstəliyi zamanı ondan istifadə etmək olmaz. Şam yarpaqlarının şirəsini və çayını gün ərzində 1 stəkandan artıq qəbul etmək məsləhət deyil.

Xəbər lenti

Çox oxunanlar