Xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün sprey gel hazırlanıb.
Publika.az xəbər verir ki, sprey əməliyyatdan sonra bədənin xərçənglə mübarizə aparmasına kömək edə bilər.
Xərçəng diaqnozu qoyulan insanların əksəriyyəti müalicədən əvvəl əməliyyat edilməli olur. Erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngində 95 faiz hallarda əməliyyat məsləhət görülür. Əməliyyatdan sonra bu xəstələrin xərçənglə mübarizəsi üçün alimlər bus prey geli hazırlayıb. Bu gel xərçəng hüceyrələrinin inkişafı və digər bölgələrə yayılmasının qarşısını ala bilir.Gel laboratoriya şəraitində heyvanlar üzərində test edilib və 50 faiz nəticələr uğurlu olub.
Alimlər melonom xərçəngi olan siçanlar üzərində sprey geli tətbiq ediblər. Gelin əməliyyatdan sonra qalan xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı müşahidə edilib.
Lakin bu sprey gelin insanlar üzərində tətbiq edilməsi üçün çoxlu testdən keçməsi lazımdır.