Xəzər Xəbər

Azərbaycanda yeni rekord təzələndi

Maraqlı | 10:22 • 11 Dekabr 2018
Azərbaycanda yeni rekord təzələndi

"Qonaq gedəndə dəyərli əşya əvəzi çantama qoyub aparıram"

Mingəçevir şəhər sakini həyətində ilk dəfə olaraq çəkisi 1,2 kq-dan artıq olan limon yetişdirib. Nabat Əliyeva qohumunun verdiyi toxumu dibçəkdə becərdikdən sonra həyətyanı sahəyə köçürüb. Bitki 4 il sonra bar verib.

Məhsuldarlığı ilə seçilən limonlar görünüşünə, çəkisinə, hətta dadına görə cənub zonasında bitən subtropik bitkidən fərqlənir.

Becərdiyi meyvə haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Nabat Əliyeva limon ağacına qulluğu, körpə uşağa qulluğa bənzədir.

"Neçə ildi əkmişdim, bu il bar verdi. Kal vaxtı evdəkilər qırıb çəkisini yoxladılar - 1 kilo 200 qram gəldi. Ağac uşaq kimidir. Necə uşağa daimi qulluq edirsən, eləcə də bu ağaca etmək lazımdır. Mən də belə bitkilərə qulluq etməyin həvəskarıyam" - deyir həvəskar bağban.

Xanım müsahibimiz yetişdirdiyi limonun satışını etmədiyini, qonaq gedərkən ən dəyərli hədiyyə kimi çantasına qoyub apardığını deyir.

Bundan başqa Nabat Əliyeva bağında feyxoa, kivi və cənub zonasında bitən digər bitkilər də becərir. Havalar soyuyanda isə onların üstünü selofanla bağlayaraq soyuqdan qoruyur.

Qeyd edək ki, indiyədək yayılan məlumatlara görə, Azərbaycanda ən böyük limon Astara rayonunda yetişdirilib. Həmin meyvənin çəkisi 1 kiloqrama yaxın olub.

Dünyada isə, ən böyük limonu İsraildə yetişdiriblər - 5.2 kq.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024