Xəzər Xəbər

Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni İkisindən biri öləcək...

Maraqlı | 12:16 • 8 Dekabr 2018
Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni

ABŞ-ın Kolorado ştatında ürəkağrıdan hadisə yaşanıb.

XəzərXəbər Milli.Az-aistinadla bildirir ki, kişiyə hamilə xanımı ilə doğulacaq körpəsi arasında seçim etmək şansı verilib.

Frederick və Keyvonne Connie adlı cütlük yanvar ayında dünyaya gələcək qızları üçün gün sayırdılar.

Lakinonların sevinci bir anda faciəyə çevrilib. Belə ki, doğuma bir ay qalmış qadında qanaxma başlayıb. O, təcili xəstəxanaya yatırılıb.

HəkimlərFrederick-ə həyat yoldaşının və bətnindəki körpənin ölüm təhlükəsinin olduğunu söyləyiblər. Onlar bildirib ki, ikisi arasında seçim etməlidir. Çünkionlardan yalnız birinin yaşamaq şansı var.

Frederick qızının yaşamağını seçib. Əməliyyat zamanı qadının həyatını xilas etmək mümkün olmayıb.

O, yeni doğulan qızına anasının adını verərək önünə "mələk" sözünü də əlavə edib.

Xəbər lenti

Çox oxunanlar