Bu həftə Birləşmiş Ərəb Əmirliklərində daha bir dünya rekordu müəyyən olunub. Burada "avtomobillərin dünyada ən irimiqyaslı sinxron rəqsi” şousu təşkil edilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, peşəkar pilot Aksil Ceffrianın rəhbərliyi ilə 180 yolsuzluq avtomobili səmada süzən şahin formasına uyğun ahəngdar hərəkət edib. Avtomobillərin rəqsi "Dubai Rugby 7” stadionunda ifa olunub. Şouya "NissanPatrol” avtomobilləri cəlb edilib. Rəqs edən "şahinin” ölçüləri 176,5x225 metr təşkil edib. İki cərgədə əks istiqamətlərdə sinxron hərəkət edən avtomobillər Ərəbistan yarımadası üzərində qanad çalıb uçan şahin illüziyası yaradıb.