1 həftəyə ən az 5 kilo artıq çəkidən azad olmaq istəyirsiniz?
Ən faydalı pəhrizin sirlərini sizinlə bölüşürük.
Təcrübədən demək olar ki, 1 həftəyə sağlam şəkildə müəyyən qədər çəki itirmək olur. Təbii ki, mədə- bağırsaq, hormonal və digər xəstəliyiniz yoxdursa. Doğrudur, bu həftə ərzində əsəbi olacaq, və bir çox əhvalınızı qaldıran qidalardan imtina edəcəksiniz. Lakin əldə etdiyiniz nəticə bütün bunlara dəyəcək. Beləliklə, aşağıdakılara riayət edərək 1 həftəyə ən az 3 kq çəkidən azad olun:
Bu qidaları və içkiləri rasionunuzdan tamam çıxarın:
1. kartof
2. qazlı içkilər
3. un məmulatları (həftə ərzində 2 dəfə istisna edib, az miqdarda çörək yemək olar)
4. şirniyyat ( bu siyahıya həmçinin şəkərlə zəngin meyvələr daxildir, məsələn banan və üzüm)
5. yağlı ət növləri
6. qızardılmış yeməklər
7. spirtli içkilər
Az miqdarda yemək olar:
1. gün ərzində 1 qaşıq zeytun yağı
2. həftə ərzində 2 ədəd toyuq yumurtası
3. yulaf və qarabaşaq sıyığı ( bir qaşıq bitki yağı ilə)
Bu qida və içkiləri qəbul etmək vacibdir:
1. gün ərzində 1,5 litr su
2. yaşıl çay və bitki çayları
3. günün ilk yarısında 200 ml qatqısız meyvə şirəsi
4. gün ərzində 1 fincan şəkərsiz qəhvə
Vacib göstərişlər:
1. bir sutkalıq qəbul edilmiş qida 1200 kkal az olmamalıdır
2. sutka ərzində ən az 8 saat fasiləsiz yuxu
3. tez- tez lakin az miqdarda yemək
4. qaynadılmış qidalara üstünlük vermək
5. orqanizmin gücdən düşməməsi üçün multivitaminlər qəbul etmək
6. gün ərzində 10 dəqiqə idmanla məşğul olmaq
publika.az