Xəzər Xəbər

Dünyanın ilk konstitusiyasını oğurlamaq istədi Salzberidə yeni olay

Maraqlı | 16:35 • 26 Oktyabr 2018
Dünyanın ilk konstitusiyasını oğurlamaq istədi
İngiltərənin Salzberi şəhərində yeni olay baş verib.

"Skripal skandalı” ilə gündəmə gəlmiş Britaniyanın Salzberi şəhəri bu dəfə böyük oğurluq hadisəsinin ərazisinə çevrilib.

Dünya tarixinin ilk yazılı konstitusiyası olan "Magna Carta”nı oğurlamaq istəyiblər.

Oğru sənədin saxlandığı şüşəni yumruqlayaraq sındırıb, açmaq istəyərkən siqnalizasiya işə düşüb.



Oğurluğa cəhd etmiş şəxs yaxalanıb.

İngilis polisi 1215-ci ildə qəbul olunmuş "Magna Carta”nın ziyan görmədiyini bildirib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar