ABŞ-ın Şimali Karolina ştatının sakini oktyabrın 23-də "Mega Millions” lotereyasının 1,6 milyard dollar məbləğində cek-potunu udandan sonra "Powerball” adlı digər populyar lotereyanın uduşu 750 milyon dollara qədər artıb.
AZƏRTAC xəbər verir ki, "Powerball” lotereyası 21-ci dəfə uduşsuz oynanılandan sonra onun cek-potu rekord məbləğə çatıb.
Sonuncu dəfə "Powerball” lotereyası cek-potunun qalibi avqustun 11-də Steyten-Aylend (Nyu-York ştatı) sakini olub. Onda cek-potun məbləği 245,6 milyon dollara çatıb. 750 milyon dollarlıq cek-pot ABŞ-ın lotereya oyunları tarixində məbləğinə görə üçüncüdür.
Lotereya oktyabrın 27-də gecə oynanılacaq.